"Demokratiya və insan haqları ABŞ-ın tələbi olmalı deyil, ölkələr bunun təmin edilməsində özləri maraqlı olmalıdırlar. Yəni islahatlar ABŞ-ın xoşuna gəlmək üçün aparılmamalıdır. Azərbaycanın ABŞ-la çox normal münasibətləri var. Bu əlaqələr müxtəlif sahələrdə davam edir. ABŞ bizi bu sammitə çağırmır deyə bunu özümüzə böyük dərd etməyək".
"Bu sammit ABŞ-ın direktivlərini yerinə yetirən, müstəqil xarici siyasət sərgiləyə bilməyən dövlətlərin klubunu xatırladır. Burada demokratların siyasi xəttinə uyğun davranan ölkələrlə birlikdə, bəzi ölkələrlə bağlı qərəzli yanaşmanın olduğu da göz önündədir".
"Bu, o deməkdir ki, ABŞ bununla bəzi dövlətlərə mesaj göndərir. Biz bilirik ki, Ermənistanda hazırda siyasi gərginlik var, həbslər hökm sürür. Bununla belə, regionda stabilliyə, mehriban qonşuluğa əngəl törədən ölkənin demokratiya sammitində iştirakı onun qərbdəki havadarlarına hava, su kimi lazımdır. Onlar Ermənistan vasitəsilə regionda Rusiyanı sıxışdırmaq niyyəti güdürlər".