SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis ediləcək

Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edəcək.
Sputnik
BAKI, 26 noyabr — Sputnik.Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis ediləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Assambleya çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə keçiriləcək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edəcək, tədbirdə iştirak edən nümayəndə heyətləri başçılarının müraciətləri dinləniləcək.
Həmçinin oxuyun:
* "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik" - Spiker
* Sahibə Qafarova Matviyenkoya Ermənistanın sərhəddəki təxribatı barədə məlumat verib