BAKI, 25 noyabr — Sputnik. Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən 2-ci Jurnalistlər binasında qəza baş verib. Binanın pəncərəsi yerindən çıxaraq həyətdəki maşının üstünə düşüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə zamanı binanın sakini Emin Mehdinin avtomobili zədələnib. Güclü külək nəticəsində binalardan birinin pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanan "Hyundai" markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobilin üstündəki şüşə örtüyü sınıb.
Hadisə yerində
© Sputnik / Zulfiyya Guluyeva
Xatırladaq ki, noyabrın 16-da Səbail rayonu, Bibiheybət qəsəbəsi Salyan Yolu 22 ünvanında jurnalistlər üçün inşa olunan 3-cü binanın damını külək atmışdı.