BAKI, 24 noyabr — Sputnik. Qusar rayonu ərazisindən kolluq sahədə xeyli sayda sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Hadisə yerinə gedən polis əməkdaşları kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.