BAKI, 24 noyabr — Sputnik. Həkim-diyetoloq Yevgeni Arzamastsev "Moskva 24" telekanalının efirində orqanizmə zərər verə biləcək "faydalı" məhsullardan danışıb.
Onun sözlərinə görə, tuna balığı orqanizmə təhlükəli ola bilər. Bu balıq yaşadığı həyatı boyu civə də daxil olmaqla ağır metalları özündə toplayır.
"Başa düşmək vacibdir ki, tuna uzun ömür yaşayan böyük balıqdır. Bu balıq nə qədər uzun yaşarsa, bir o qədər də çox özündə zərərli komponentlər toplaya bilər", - deyə diyetoloq bildirib.
Arzamastsev həmçinin tez həzm oluna bildiyi üçün maddələr mübadiləsinin pozulmasına səbəb ola biləcək tez bişirilən yulafı sevən insanlara xəbərdarlıq edib.
"Həm yulaf dənələri, həm də bütöv yulaf mövcuddur. Yulaf dənələri mümkün qədər tez hazırlanan məhsuldur", - deyə həkim əlavə edib.
Həkim-diyetoloqun fikrincə, yoqurt da zərərli məhsul ola bilər.
"Yoqurtun daha dadlı olması üçün istehsalçılar meyvələrdən əlavə ora konservantlar, boyalar və şəkər əlavə edə bilərlər", - deyə ekspert qeyd edib.
Bundan əlavə, Arzamastsev başqa ölkələrdən gətirilən almaları diqqətlə seçməyi məsləhət görüb. "Çox güman ki, bu cür meyvələr güclü hazırlanır. Onların qabıqlarının gözəl olması üçün mum ilə örtülür, həmçinin daşınma zamanı parazit və göbələklərdən qoruyub saxlamaq üçün meyvələrə göbələk əleyhinə maddələr tətbiq edilir", - deyə diyetoloq xəbərdarlıq edib.