DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya Ermənistanın strateji tərəfdaşıdır, lakin Azərbaycanın düşməni deyil - Paşinyan

Baş nazir: Ermənistan KTMT-dən çıxmaq ssenarisini nəzərdən keçirməyəcək.
Sputnik
BAKI, 23 noyabr - Sputnik. Ermənistan KTMT-dən çıxmaq ssenarisini nəzərdən keçirməyəcək. Sputnik Armenia-nın məlumatına görə bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn formatda KİV və QHT nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, KTMT təkcə çoxtərəfli tərəfdaşlıq üçün deyil, həmçinin Rusiya ilə ikitərəfli qarşılıqlı fəaliyyət üçün çox vacib platformadır:
"Çalışmaq lazımdır ki, bu təşkilat bölgədə lazımi təhlükəsizliyin təmin olunmasında iştirak etsin", - Paşinyan bildirib.
Baş nazir həmçinin bildirib ki, tənqiddən çəkinməklə olsa belə, bir sıra vacib amilləri qeyd etmək lazımdır.
Onun sözlərinə görə, KTMT-yə üzv olan bəzi ölkələr Türkiyə və Azərbaycanla Türk dünyası barədə bəyannaməyə imza atıblar. Digər tərəfdən, Rusiya Ermənistanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın əhəmiyyətini həddən artıq qiymətləndirmək mümkün deyil. Lakin onu da qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın düşməni deyil, ona görə də güc tətbiq etmədən həll yollarını tapmağa çalışır.
"Biz istəyirik ki, müttəfiqlərimiz bizim ümumi, qarşılıqlı surətdə tanınmış sərhədlərimizi müdafiə etmək üçün kollektiv mexanizmlərdən istifadə etsinlər. Digər tərəfdən, Ermənistan bu gündəmin müxtəlif beynəlxalq platformalarda yeridilməsində özünü məhdudlaşdırmaacaq", — deyə Ermənistanın baş naziri bildirib.