BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın bəzi yüksək rütbəli zabitlərinə növbəti ali rütbələr verilib. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib.
Dövlət başçısının digər sərəncamı ilə Quru qoşunlarının komandanı general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilib.
Bundan əlavə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Bayram oğlu Əliyevə "I dərəcəli dövlət ədliyyə müşaviri" ali xüsusi rütbəsi verilib.