BAKI, 22 noyabr — Sputnik. ABŞ-la Azərbaycan arasında təhlükəsizlik və terrorla mübarizə sahəsində yaxşı əməkdaşlıq var.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.
"Azərbaycan başlanğıcdan bəri Əfqanıstan məsələsində təhlükəsizlik məsələsinə öz töhfəsini verib. Azərbaycan avqust ayında Kabil hava limanının təhlükəsizliyinə kömək edib, biz bunu yüksək dəyərləndiririk", - ABŞ səfiri vurğulayıb.
Səfir bildirib ki, ABŞ şirkətləri Azərbaycana, xüsusən də azad edilmiş ərazilərə investisiya qoya bilər:
"Biz onilliklər ərzində məcburi köçkünlərə dəstək vermişik".
Amerikalı diplomatın sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması üçün işğaldan azad olunan ərazilər minalardan təmizlənməlidir.
O qeyd edib ki, ABŞ-ın qeyri-hökumət təşkilatı Marşal Fondu bu istiqamətdə hökumətlə və ANAMA ilə çalışır.
Səfir diqqətə çatdırıb ki, ABŞ şirkətləri Azərbaycana, xüsusən də azad edilmiş ərazilərə investisiya qoya bilər, bunun üçün isə onların tenderlərdə iştirakı lazımdır.
Həmçinin oxuyun:
ABŞ Azərbaycana daha 30 minaaxtaran it hədiyyə edəcək