VİDEO

Kəlbəcər rayonunun Yellicə kəndindən videogörüntülər

Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yellicə kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Yellicə kəndinin videogörüntülərini yayıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:
Qeyd edək ki, Kəlbəcər rayonu Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb.
Yellicə kəndi dağətəyi ərazidədir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yellicə kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
Həmçinin oxuyun:
Sərhəddə ağır döyüşlər, Paşinyanın gözlənilməz sülh təklifi və Lavrovun əminliyi