AZƏRBAYCAN XƏBƏRLƏRİ

DİN Göyçayda polisin törətdiyi qəza ilə bağlı məlumat yayıb

Polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti "Ford" markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Göyçayda polis əməkdaşının törətdiyi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti "Ford" markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub.
Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Göyçay RPŞ tərəfindən araşdırma aparılır.
Həmçinin oxuyun:
Toy karvanında qəza: sürücülərdən biri öldü, iki nəfər yaralandı