MƏDƏNİYYƏT

Türkiyənin məşhur aktyoru xəstəxanada: beyin damarında laxtalanma var

Sputnik
BAKI, 21 noyabr - Sputnik. Muğlada qəfildən halı pisləşən Türkiyənin məşhur aktyoru Kadir İnanır Dənizlidəki Pamukkale Universitetinin Xəstəxanasına yerləşdirilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Reanimasiya şöbəsinə yerləşdirilən aktyorun beyin damarında laxtalanma olduğu aşkarlanıb.
Xəstəxanadan bildiriblər ki, İnanırın durumu yaxşıdır, müayinələri davam etdiyindən hələ bir müddət də həkim nəzarətində qalacaq.
Qeyd edək ki, aktyor üç il öncə də eyni problemlə üzləşmiş, xəstəxanada müalicə almışdı.
Eləcə də oxuyun:
* Kadir İnanıra koronavirus peyvəndi vuruldu
* Tanınmış aktyorun xəstə yatağında verdiyi sual hər kəsi kövrəldib