DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda özünü güllələyən hərbçi ölüb

Erməni əsgər ilkin ehtimala görə, silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Sputnik
BAKI, 21 noyabr - Sputnik. Ermənistanın Qeqarkunik rayonunda yerləşən hərbi hissələrdən birində əsgər ölümü qeydə alınıb.
Sputnik Ermənistan bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Ölən əsgər 1992-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu sıravi Gevork Xaçaturoviç Avetyandır.
"Noyabrın 15-də Çəmbərəkdə hərbçi, ilkin məlumatlara görə, silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, noyabrın 16-da dünyasını dəyişib", - nazirlikdən bildirilib.
Nazirlik faktı noyabrın 20-də axşam saatlarında bəyan edib.