FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Son beş yüz ilin ən uzun Ay tutulması

Son 500 ilin ən uzun sürən qismən Ay tutulması noyabrın 19-da - Yer, Günış və Ay bir xətt üzrə düzülən vaxt başlayıb. Bu, eləcə də cari ildə sonuncu qismən Ay tutulması idi.
Sputnik
1 / 12

Şanxay üzərində Ay tutulması, Çin.

2 / 12

Tokioda qismən Ay tutulması zamanı Yerin təbii peyki dünyanın ən hündür teleqülləsi olan Tokyo Skytree-nin yanında belə görünüb.

3 / 12

Pyatsa Duomo meydanına toplaşan insanlar Kataniya səmasında qismən Ay tutulmasını müşahidə edərkən, İtaliya.

4 / 12

Ay tutulması Vladivostokda.

5 / 12

Tokiodakı Roppongi-Hills baxış meydançasındakı adamlar gecə səmasına teleskopla baxırlar.

6 / 12

Nyu-Yorkdakı One World Trade Center Ümumdünya Ticarət Mərkəzinin yanında müşahidə olunan qismən Ay tutulması.

7 / 12

Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzi üzərində qismən Ay tutulması.

8 / 12

Santyaqoda müşahidə olunan qismən Ay tutulması, Çili.

9 / 12

San-Salvadorda müşahidə olunan qismən Ay tutulması.

10 / 12

Nyu-Taybeydəki müşahidə meydançasından görünən qismən Ay tutulması, Tayvan.

11 / 12

Vaşinqtonda Azadlıq heykəli üzərində Ay tutulması.

12 / 12

Jurnalistlər Tokiodakı müşahidə meydançasından Ayın tutulmasını çəkirlər.

NASA-nın məlumatlarına görə, tutulma altı saatdan çox davam edib. Cümə gecəsi başlayıb səhərədək sürən tutulma Cənubi Amerikada, Şərqi Asiya və Avstraliyada müşahidə olunub.
Qismən Ay tutulması bədirlənmiş Ayın bir hissəsinin üzərinə Yerin kölgəsinin düşməsidir. NASA-nın məlumatına görə, tutulmanın pik həddində Ayın 97%-dən çoxu kölgədə imiş.
Tutulma zamanı Ayın rəngi qırmızı-qəhvəyi çalarda olub. Yer atmosferi Ay üzərinə proyeksiya olunmuş qürub effekti yaradıb.