BAKI, 20 noyabr - Sputnik. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Türkiyə liderinin sözçüsü İbrahim Kalınla telefonla danışaraq, Cənubi Qafqaz, Ukrayna, Əfqanıstan və Suriyada vəziyyəti müzakirə edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik şürasının nümayəndəsi Emili Hornun bəyanatında deyilir.
Hornun məlumatına görə, Sallivan və Kalın prezidentlər Co Bayden və Rəcəb Tayyib Ərdoğanın oktyabrın 31-də Romadakı görüşlərindən sonra ABŞ və Türkiyənin ikitərəfli qarşılıqlı fəaliyyətlərində növbəti addımlar haqda danışıblar.
"Onlar bir sıra regional məsələlər, o cümlədən Ukrayna, Əfqanıstan, Suriya və Cənubi Qafqazdakı hadisələr barədə fikir mübadiləsi apararaq Aralıq dənizinin şərqində sabitliyin dəstəklənməsinin vacibliyini vurğulayıblar", - məlumatda deyilir.
Eləcə də oxuyun:
* Ermənistan hakimiyyəti idarəetməni itirib - Paşinyan seçim qarşısında qalıb