İDMAN

Mikayıl Cabbarov daha federasiya rəhbəri deyil

Sputnik
BAKI, 20 noyabr - Sputnik. Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.
Sputnik Azərbaycan apasport.az saytının məlumatına istinadən bildirir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, qurumun rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.

Toplantıda Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət ZeynalovFərhad Kasimov vitse-prezident kimi işlərini davam etdirəcəklər. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov olacaqlar.
Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.
Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.