BAKI, 20 noyabr - Sputnik. "Qırmızı zona"da koronaviruslu xəstələrə qulluq edən tibb işçilərində immunitetin "unikal" növünü aşkarlayıblar.
Sputnik Azərbaycan bildirir ki, bunu London Universitet Kollecinin və London İmperiya Kollecinin mütəxəssisləri araşdırma apararaq müəyyən ediblər.
Alimlər daim COVID-19 xəstələri ilə təmasda olan 750 tibb işçisini müşahidə ediblər. Araşdırma müddətində təxminən 60 adamın koronavirus infeksiyasının müəyyənləşdirilməsi üçün verdiyi testlər heç vaxt müsbət çıxmayıb.
Xüsusi immunitet aşkarlanan bütün adamlarda immunitetsiz həkimlərdə rast gəlinməyən bir ümumi göstərici olub.
Burada söhbət immun sisteminin yaddaş hüceyrələri kimi fəaliyyət göstərən T hüceyrələrinin yüksək konsentrasiyasından gedir. Məhz T hüceyrələr insan orqanizminə düşən konkret infeksiyaları tanımaq xüsusiyyətinə malikdir.
Mütəxəssislərin fikrincə, bu cür T-limfositlər SARS-CoV-2-ni dayandırır.
Eləcə də oxuyun:
* Hansı heyvanlar koronavirus daşıyıcısı olur - yeni araşdırma
* Koronavirus pandemiyası nə vaxt səngiyəcək - Bill Geytsin ehtimalı
* Xüsusi risk qrupuna aid olan şəxslərə müraciət: "buster" dozanı vurdurun
* "Sputnik V" ilə peyvənd olunan turistlərə şad xəbər: İsrail qapılarını açır