CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göyçaylıların "qırmızı qızıl"ı - Hər kəsə tövsiyə olunan mürəbbə

Bu mürəbbə çayla, plovla, çörəklə və digər təamlarla yeyilə bilər. Mürəbbə yerli və paytaxt bazarlarına çıxarılmasa da, kifayət qədər alıcısı olur.
Sputnik
BAKI, 20 noyabr — Sputnik. Min bir dərdin dərmanı olan nardan bir çox məhsullar hazırlanır ki, onlardan biri də nar mürəbbəsidir. El arasında nardança adlanan bu məhsulu hazırlamaq üçün narın “Gülövşə” növündən istifadə edilir. Düzdür, Göyçayın bir çox kəndlərində narşərab bütün evlərdə hazırlansa da, nardançanı hər kəs bişirə bilmir.
Göyçayın Ləkçıplaq kənd sakini Kəmalə Tahirova deyir ki, nardança bişirmək üçün nar dənələndikdən sonra təmiz su ilə yuyulub ocaq üzərində olan qaba tökülür. Təqribən 4-5 dəqiqə od üzərində qalan nar gilələrinin suyu çıxdıqdan sonra üzərinə şəkər tozu əlavə olunur. Nar mürəbbəsi 15-20 dəqiqə ocaq üzərində qaldıqdan sonra tam bişmiş sayılır.
Nar mürrəbəsinin hazırlanması
Narın növünə, dənələrinin iri və xırda olmasına, şəkər tozunun miqdarına görə mürəbbənin rəngi, dadı və qoxusu dəyişə bilər. Mürəbbə hazır olduqdan sonra şüşə qablara yığıldıqda bir ildən çox saxlamaq olar.
Nar mürrəbəsinin hazırlanması
Nar mürəbbəsi çayla, plovla, çörəklə və digər təamlarla yeyilə bilər. Mürəbbə yerli və paytaxt bazarlarına çıxarılmasa da, kifayət qədər alıcısı olur.
Ləkçıplaq kəndinin digər sakini olan Məlahət Tahirovanın sözlərinə görə, bağında nar məhsulu olan çox adam nar mürəbbəsindən xeyli gəlir əldə edə bilir. Düzdür, bir çox rayonlarda, eləcə də Bakıda nar mürəbbəsindən xəbərsizdirlər.
Nar mürrəbəsinin hazırlanması
Amma bir dəfə dadına baxan adam hər il bu məhsuldan almağa can atır. Sputnik Azərbaycan-ın müsahibi deyir ki, nardança vitaminlərlə zəngin olur. Narın özü kimi, mürəbbəsi də bir çox xəstəliklərin müalicəsində yaxşı kömək edir. Odur ki, nar mövsümündə hər kəsin evində azı bir kiloqram nar mürəbbəsinin olması vacib hesab edilir. Nardan şirə, şərab, mürəbbə hazırlanır, qabığından və tumundan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə edilir.
Nar mürrəbəsi
Xatırladaq ki, hər il Göyçayın nar bağlarından yığılan tonlarla nar məhsulları yerli bazarla yanaşı, əsasən Rusiya bazarlarına çıxarılır.
Eləcə də oxuyun:
* Faydaları saydıqca bitməyən meyvə: Əzgil turşusu necə hazırlanır?
* Qədim, taclı və gözəl: Ölkəmizin simvollarından olan nar