BAKI, 20 noyabr — Sputnik. Dubayda keçirilən karate üzrə dünya çempionatında Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazanıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda italiyalı Silvia Semeraroya qalib gəlib.
Kumite üzrə komanda yarışında isə yığmamız bürünc medal uğrunda Özbəkistanla üz-üzə gələcək.
Azərbaycan çempionata 17 karateçi ilə qatılıb. Çempionata noyabrın 21-də yekun vurulacaq.
------------
13:11
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında komanda kata və kumite yarışları başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan karateçisi Asiman Qurbanlı dünya çempionatında bürünc medal qazanıb. 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.
Qeyd edək ki, bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl, kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq.