BAKI, 19 noyabr — Sputnik. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətipzadə ABŞ Maliyyə Nazirliyinin yeni sanksiyalarına münasibət bildirib. Sputnik Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran tərəfi yeni sanksiyaları ABŞ-ın eks-prezidenti Trampın dövründəki maksimum təzyiq siyasətinin davamı kimi qiymətləndirib.
Xətipzadə qeyd edib ki, ABŞ müxtəlif ölkələrə fərqli yollarla müdaxilə etmək təcrübəsinə malikdir: "ABŞ-ın iddiaları əsassızdır. İnanırıq ki, bu sanksiyalar da ABŞ ictimai fikrinə hesablanmış addımdır".
ABŞ Maliyyə Nazirliyi 2020-ci ildəki seçkilərə kiberhücumlarla müdaxilədə İranı təqsirkar bilir. Buna görə də o, 6 İran vətəndaşı və bir şirkətinə sanksiyalar tətbiq edib.
İrana qarşı sanksiyalar
ABŞ Prezidenti Cozef Bayden noyabrın 9-da İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejiminin daha bir il uzadılmasına qərar verib.
Ağ Evin bildirdiyinə görə, Amerika lideri İranla münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq bu qərara gəlib.
Söhbət 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov kimi qalan amerikalı diplomatların azad edilməsinə səbəb olan ABŞ və İran arasında razılaşmalardan gedir. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini təsbit edir.
Qeyd edək ki, 1979-cu il noyabrın 14-də ABŞ-ın 39-cu prezidenti Cimmi Karter amerikalıların Tehranda girov götürülməsinə cavab olaraq 12 170 saylı fərman imzalayıb. Xəzinədarlıq departamentinə İranın ABŞ-dakı bütün rəsmi holdinqlərini, o cümlədən Amerika bankları və onların xaricdəki törəmə və filialları ilə hesablarını dondurmaq əmri verilib.
1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-dan İrana bütün malların, o cümlədən ərzaq və dərmanların ixracını qadağan edbi. Daha sonra İrandan ABŞ-a istənilən mal idxalına embarqo qoyulub.
Həmçinin oxuyun: