BAKI, 19 noyabr — Sputnik. Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb.
Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agnetliyinin (BNA) mətbuat katibi Mais Ağayev verib.
O, bildirib ki, Bakı-Sumqayıt yolunda hazırda nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir. Buna səbəb yolun DYP-nin Ekologiya Postu qarşısından keçən hissəsində yük avtomobilinin (TIR) aşmasıdır.
Xatırladaq ki, illərdir Bakı-Sumqayıt yolunun tıxac problemi həllini tapmayıb. Vaxtaşırı orada baş verən yol qəzaları isə tıxacın artmasına və yolun keçilməz olmasına səbəb olur.
2020-ci ildə Bakı şəhərinin şimal girişi - Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində müvafiq işlər görülsə də, tıxac problemi tam həllini tapmayıb.