AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan kitabxanası ən yaşlı oxucusunu itirib

Ömrünün son günlərinə qədər mütaliə ilə məşğul olan Begi nənə heç bir ali təhsil almadığı halda, dünya və Azərbaycan ədəbiyyatlarına aid yüzlərlə kitab oxumuşdu.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanın ən yaşlı kitabxana abunəçisi olan Begi Davudova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, 81 yaşlı Begi xanım Qax rayonunun Əmbərçay kəndində yaşayıb. Ömrünün son günlərinə qədər mütaliə ilə məşğul olan Begi nənə heç bir ali təhsil almadığı halda, dünya və Azərbaycan ədəbiyyatlarına aid yüzlərlə kitab oxumuşdu. Onu digərlərindən fərqləndirən ən böyük cəhət isə ömrünün sonuna qədər eynəksiz oxuması idi.
Xatırladaq ki, Begi nənə bir müddət əvvəl Sputnik Azərbaycan-a müsahibə verərkən bildirmişdi ki, bir dəfə gözündən zərbə alandan sonra gözü zəifləməyə başlayıb. Onda da həyat yoldaşının eynəyi ilə oxumağa davam edib. 1997-ci ildə həyat yoldaşının vəfatından sonra onun eynəyi də xarab olub. Ondan sonra mütaliəni eynəksiz davam etdirən Begi nənəni tanımayan şəxslər onu ali savadlı insan zənn edirlərmiş.
Allah rəhmət eləsin!
Həmçinin oxuyun:
Azərbaycanda nadir hadisə: 77 yaşlı qadından master-klass