MƏDƏNİYYƏT

"Azərbaycanfilm" Polşada kino avadanlıqları sərgisində iştirak edir

Sərgidə nəhəng texnika istehsalçıları ən son kamera, işıq, linza məhsullarıni təqdim edirlər.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. "Azərbaycanfilm"in texniki direktoru Rəşad Səməd Polşanın Torun şəhərində 13-20 noyabr tarixlərində keçirilən 29-cu "EnegaCAMERIMAGE" Beynəlxalq Film Festivalı çərçivəsində kino avadanlıqları sərgisində iştirak edir.
“Azərbaycanfilm” Polşanın “EnergaCAMERIMAGE” festivalında
"Azərbaycanfilm" Kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, sərgidə "ARRI", "Leica - Leitz", "ZEISS", "Cooke", "Sony", "Canon", "Hawk – Anamorphic Lenses" və digər nəhəng texnika istehsalçılarının ən son kamera, işıq, linza məhsulları təqdim olunur. Həmçinin bu şirkətlərdən bir çoxu ilə əməkdaşlıq üçün məhsuldar danışıqlar aparılıb.
Eləcə də oxuyun:
* Fransa şirkətləri ilə müştərək çəkilən "Mərmər soyuğu" filminin çəkilişləri başa çatıb
* Azərbaycanı Oskar mükafatında təmsil edəcək film seçildi
* "Sonuncu lələk" azərbaycanlı qızları Fransaya aparacaq
* Yeddi milyon manat azdır - deputatlardan xahiş