İDMAN

Komandamız ermənilərlə sülh bağladı

Kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının altıncı turunda kişilərdən ibarət komandamızın Ermənistan şahmatçıları ilə qarşılaşması 2:2 hesabı ilə başa çatıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, təmsilçilərimiz Şəhriyar Məmmədyarov Qabriel Sarkisyan, Teymur Rəcəbov Hayk Martirosyan, Nicat Abbasov Samvel Ter-Sahakyan, Rauf Məmmədov isə Robert Hovanisyan ilə heç-heçə ediblər.
Qadın şahmatçılarımızın İtaliya yığması ilə mübarizəsi davam edir.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.
--------
16:45
Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir.
Sputnik Azərbaycan "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ermənistana qarşı oynayacaq Azərbaycan yığmasının heyəti bəlli olub.
Avropa çempionatında 6-cı tur 18 noyabrda baş tutacaq və görüşlər belə olacaq:
Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan
Teymur Rəcəbov - Hayk Martirosyan
Robert Ovanisyan - Rauf Məmmədov
Nicat Abasov - Samvel Ter-Sahakyan