RUSİYA

Rusiya texnologiyalarının Azərbaycana köməyi olacaq - nazir müavini

Rusiyalı nazir iqtisadi münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkə üçün vacib əhəmiyyət kəsb etdiyini bildirərək, Rusiya və Azərbaycan şirkətləri arasında kifayət qədər fəal əməkdaşlığın qurulduğunu deyib.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Tədarük olunan Rusiya texnologiyaları Azərbaycana müxtəlif sahələr üzrə bir sıra layihələrin icrasında kömək olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.
O, iqtisadi münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkə üçün vacib əhəmiyyət kəsb etdiyini bildirərək, Rusiya və Azərbaycan şirkətləri arasında kifayət qədər fəal əməkdaşlığın qurulduğunu deyib.
Onun sözlərinə görə, bu cür işgüzar missiyaların icrası münasibətlərin gələcək inkişafı üçün potensial yaradır.
Həmçinin oxuyun:
Rusiya şirkətləri Qarabağın bərpasında iştirakla bağlı müraciət edib
Azərbaycan və Rusiya kənd təsərrüfatı məhsullarının logistikası üzrə xidmət yaradacaq?