Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Rüstəm Muradov Bakıdan apardığı cəsədi Ermənistanın yeni müdafiə nazirinə təhvil verib

Tərəflər əsirlərin qaytarılması, eləcə də itkin düşmüş əsgərlərin taleyinin aydınlaşdırılması istiqamətində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.
Sputnik
BAKI, 18 noyabr - Sputnik. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov noyabrın 16-da baş verən hərbi insident zamanı öldürülən erməni hərbçinin meyitini Yerevanda aidiyyatı üzrə təhvil verib.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda bildirilir ki, Muradov Yerevanda Ermənistanın yeni müdafiə naziri Suren Papikyanla görüşüb.
Görüş zamanı Ermənistan müdafiə idarəsinin rəisi rusiyalı generala bir gün əvvəl sərhəddə baş verən toqquşmaların təfərrüatları, eləcə də əsir düşən hərbçilər barədə məlumatları təqdim edib.
Tərəflər əsirlərin qaytarılması, eləcə də itkin düşmüş əsgərlərin taleyinin aydınlaşdırılması istiqamətində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.
***
17.11.21, 23:10
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin keçmiş komandanı, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov noyabrın 17-də axşam saatlarında Bakıdan Yerevana yola düşüb.
Sputnik Ermənistan xəbər verir ki, Muradov Azərbaycan tərəfindən verilmiş erməni hərbçinin cəsədini aparıb.
"Bundan əvvəl təyyarədə məhbusların olmadığı bildirilirdi. Muradov tərəflər arasında silahlı insidentlərin qarşısının alınması mexanizminin hazırlanması istiqamətində danışıqlar aparacaq. Söhbət Ermənistan-Azərbaycan sərhədində, Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənardakı ərazilərdə vəziyyətin nizamlanmasından gedir", - xəbərdə deyilir.
Azərbaycan-Ermənistan təmas xəttində gərginlik
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Ermənistanın Müdafiə Nazirliyinin noyabrın 16-da baş vermiş qarşıdurmada silahlı qüvvələrinin verdiyi itkilər barədə yaydığı məlumata görə, bir hərbçi ölüb, 13 nəfər əsir düşüb. Bundan başqa, 24 hərbçinin taleyinin naməlum olduğu bildirilir.
Həmçinin oxuyun:
Ermənistan Müdafiə Nazirliyi verdikləri itkilər barədə məlumat yaydı
Rusiya və Aİ nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Ankaradan sərhəddəki gərginliyə münasibət: Ermənistan təxribatı davam etdirsə...
Kreml sərhəddə baş verənlər barədə