SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Müdafiə Nazirliyi verdikləri itkilər barədə məlumat yaydı

Noyabrın 17-si səhər saatlarına olan məlumata görə, bir hərbçi ölüb, 13 nəfər əsir düşüb. Bundan başqa, 24 hərbçinin taleyinin naməlum olduğu bildirilir.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Ermənistanın Müdafiə Nazirliyi noyabrın 16-da baş vermiş qarşıdurmada silahlı qüvvələrinin verdiyi itkilər barədə məlumatı yeniləyib. Sputnik Ermənistan-ın məlumatına görə, noyabrın 17-si səhər saatlarına olan məlumata görə, bir hərbçi ölüb, 13 nəfər əsir düşüb. Bundan başqa, 24 hərbçinin taleyinin naməlum olduğu bildirilir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dünən Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Həmçinin oxuyun:
Müdafiə Nazirliyi itkilərimizi açıqladı – 7 şəhidimiz, 10 yaralımız var