BAKI, 17 noyabr - Sputnik. Ötən gün Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Elçin Mərifət oğlu Ağayevin cənazəsi bu gün axşam saatlarında doğma Cəlilabad rayonuna gətirilib.
Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi məlumata görə, şəhidlə vida mərasimdə rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, rayon ictimaiyyəti, qazilər və şəhidin ailə üzvləri iştirak ediblər.
Elçin Ağayevin dəfni
© Sputnik / Rahim Muradov
Şəhid Elçin Ağayevin cənazəsi böyük izdihamın müşayiəti ilə Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində doğulub.11 aydır xidmət edən şəhid Elçin Ağayev ailənin son beşiyi idi.
Allah rəhmət eləsin, ruhu şad olsun!