SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hərbi eskalasiya: Rusiya Ermənistanın çağırışına nə cavab verəcək?

Ermənistan tərəfindən bizim ərazi bütövlüyümüzə təhdidlər, ərazi iddiaları olmasaydı, bunlar baş verməzdi.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Rusiya arasında 1997-ci ildə bağlanmış sazişə əsasən, Rusiyaya ölkəsini müdafiıə etmək üçün çağırış edib.
Sputnik Azərbaycan Azərbaycan-Ermənistan arasında baş verənlərlə bağlı politoloqlar Tofiq AbbasovFərhad Məmmədovun fikirlərini öyrənib.
Politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycanla baş verən prosesləri beynəlmiləlləşdirmək Ermənistanın çoxdanki arzusu idi: "Onlar həmişə istəyirdilər ki, Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etsinlər və Azərbaycan əleyhinə fəaliyyətlərini icra etsinlər. Ancaq bu, alınan iş deyil. Bütün baş verənlərin baiskarı Ermənistandır. Ermənistan tərəfindən bizim ərazi bütövlüyümüzə təhdidlər, ərazi iddiaları olmasaydı, bunlar baş verməzdi".
"Bizim apardığımız 44 günlük müharibə Azərbaycanı dünyaya tanıtdı və dünya bizi bir daha kəşf etdi. Dünya da anlayır ki, Azərbaycanın tələbləri beynəlxalq hüquqa əsaslanır. Bu proseslərdə Ermənistan hər hansı nüfuz və uğur əldə edə bilməyəcək. Azərbaycanın müttəfiqləri Ermənistanın müttəfiqlərindən qat-qat artıqdır", - deyə o bildirib.
Politoloq Fərhad Məmmədov da bildirib ki, bu baş verənlər Ermənistan tərəfinin öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması ilə bağlıdır: "Üçtərəfli bəyanatlarla bağlı Ermənistan bir il ərzində heç bir iş görmürsə, deməli, bunu heçə sayırlar. Rusiya baş nazirinin müavini də Ermənistana səfəri zamanı kommunikasiya yollarının Ermənistandan keçən hissəsinin bu ölkənin yuridiksiyası altında olacağını bildirmişdi. Ancaq onlar buna da saymazlıq nümayiş etdirdilər".
Politoloq düşünür ki, Rusiya tərəflərə hərbi toqquşmaların dayandırılması üçün müraciət edəcək:

"Amma Rusiyanın eskalasiya baş verən həmin ərazilərə daxil olacağı inandırıcı görünmür. KTMT isə bu məsələyə ümumiyyətlə qarışmayacaq. Onlar Ermənistanın avantürist siyasətinə görə Azərbaycanla yaxın münasibətləri korlamaq istəməyəcəklər. Ermənistan qonşu dövlətlərə ərazi iddasındadır. Öncədən də buna dəstək olan yox idi, bundan sonra da olmayacaq".

Qeyd edək ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Eləcə də oxuyun:
* Ermənistan silahlı qüvvələri mövqelərini tərk edirlər
* Ermənistanla sərhəddə gərginlik: Kəlbəcər istiqamətində atışma gedir
* Moskvadan təzyiq olub? Ermənistanda müdafiə naziri dəyişikliyinin əsl səbəbləri