BAKI, 16 noyabr — Sputnik. Hava şəraiti ilə əlaqədar bəzi dəmir yolu xətlərində sürət həddi azaldılıb.
Yağış və güclü küləklə müşahidə edilən hava şəraiti ilə bağlı təhlükəsizliyin təmin olunması məqsədilə bəzi sahələrdə qatarların hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar bu gün Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarlarının hərəkətində 2-16 dəqiqə ləngimə qeydə alınıb. Qurum sərnişinlərə anlayış göstərdikləri üçün təşəkkür edib.