RUSİYA

Ginsburq nazal peyvəndin xüsusiyyətlərini açıqladı

Alimin sözlərinə görə, nazal peyvəndi altı ayda bir dəfədən çox olmamaqla, bəlkə də daha az istifadə etmək lazımdır, ancaq bu məsələ hələ araşdırma tələb edir.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. SARS-CoV-2-yə qarşı nazal peyvənddə heç bir yan təsir aşkar edilməyib. Bu barədə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginsburq RİA Novosti-yə bildirib.
"Bu günə qədər nazal peyvəndin heç bir yan təsirini görmədik", - deyə Ginsburq qeyd edib.
Oktyabr ayının ortalarında məlum olub ki, Səhiyyə Nazirliyi Qamaleya mərkəzində hazırladığı "SPRAY 08-Гам-КОВИД-Вак-2021"-in klinik tədqiqatlarına icazə verib.
Ginsburq həmçinin bildirib ki, COVID-19-a qarşı bu dərmanın peyvənd əvəzinə istifadəsi məsələsi klinik tədqiqatlardan sonra həll ediləcək, buna hələ də birmənalı cavab verilməyib.
Alimin sözlərinə görə, nazal peyvəndi altı ayda bir dəfədən çox olmamaqla, bəlkə də daha az istifadə etmək lazımdır, ancaq bu məsələ hələ araşdırma tələb edir.
Koronavirus xəstəliyindən qorunmaq üçün peyvənd etibarlı olaraq qalır. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkonun sözlərinə görə, ağır xəstələr arasında COVID-19-a qarşı peyvənd vurduranların nisbəti 0,03 faizdən azdır, xəstəxanalarda olan xəstələrin böyük əksəriyyəti isə vaksin olunmayanlardır. Sentyabrın sonunda ÜST SARS-CoV-2-dən ölüm hallarının profilaktik immunizasiyadan imtina ilə əlaqəsini elan edib.
Eləcə də oxuyun:
* "Sputnik V" ilə peyvənd olunan turistlərə şad xəbər: İsrail qapılarını açır
* COVID pandemiyası haqda ssenarilər
* ÜST-dən qorxulu proqnoz: yarım milyon insan fevrala qədər ölə bilər