QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağıstan şirkəti Qarabağın bərpasında iştirak edəcək

Sputnik
BAKI, 16 noyabr — Sputnik. Azərbaycanın "AT&S" MMC şirkəti ilə Dağıstanın "Uniservis" şirkəti arasında Qarabağda, yəni işğaldan azad olunmuş ərazilərdə birgə bərpa işləri görmək barədə əməkdaşlıq və müştərək fəaliyyət müqaviləsi imzalanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Report-a Dağıstan şirkətinin baş direktoru Arslan Əli Həmzətov bildirib. O deyib ki, hələlik fəaliyyət göstərəcəkləri ərazilər və sahələr müəyyənləşdirilməyib.
Xatırladaq ki, "Uniservis" MMC 1992-ci ildən yol, tikinti, infrastrukturla bağlı müxtəlif layihələr həyata keçirir.
Eləcə də oxuyun:
* Böyük Britaniyadan Qarabağa mina mütəxəssisi göndərilib
* Azad edilmiş ərazilərdə xidmət edənlərin maaşlarının artırılması nəzərdə tutulur