BAKI, 16 noyabr — Sputnik. Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət sabitdir.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
O qeyd edib ki, ölkədə vəziyyət getdikcə sabitləşməyə doğru gedir. O, təəssüflə vurğulayıb ki, virus daim mutasiyaya uğrayır. Yeni ştammların yayılması qeyd olunur. Vaksinasiyanın uğurla davam etməsinə görə pandemik durum qənaətbəxşdir və nəzarət altındadır.
T.Musayev bildirib ki, təyin olunan vaxtlarda ardıcıl olaraq üç doza vaksin - "Sinovac" vurdurub.
Qurum rəsmisi bildirir ki, hazırda koronavirus pandemiyası ilə əlaqədar heç bir sərtləşdirilmiş karantin qaydalarının tətbiqi nəzərdə tutulmur. Onun sözlərinə görə, ölkədə vəziyyət nəzarət altındadır. Hazırda heç bir əlavə tədbirlər düşünülmür.
Eləcə də oxuyun: