SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran prezidenti Azərbaycan və Türkiyə ilə münasibətlərə aydınlıq gətirdi

İbrahim Rəisi deyib ki, İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.
İ. Rəisi deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: "İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir".
İran Prezidenti qeyd edib ki, iki qonşu ölkə arasında yaxın əlaqələrin olması regionda sülh və sabitliyin də xeyrinədir: "Regional əməkdaşlıqlar beynəlxalq səviyyədə əməkdaşlığa qaldırılmalıdır. Hər iki ölkənin önəmli yerini nəzərə alsaq, bu kimi əməkdaşlıqlar dünyadakı proseslərə təsir edə bilər".
İ. Rəisi İranın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə Ankara ilə əməkdaşlığı artırmağa hazır olduğunu bəyan edib.
M. Çavuşoğlu ölkəsinin İranla əməkdaşlığı yüksəltməkdə maraqlı olduğunu bildirib.
"Türkiyə Tehranla əməkdaşlığı daha da artırmaqda qətiyyətlidir", - Türkiyə XİN rəhbəri vurğulayıb.