HADİSƏ

Qaxda göbələkdən növbəti zəhərlənmə baş verib

Əmircan kənd sakini, 22 yaşlı Nicat Məmmədov zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Qaxda yenə göbələkdən zəhərlənmə hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Əmircan kənd sakini, 22 yaşlı Nicat Məmmədov zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı Nicat Məmmədovun göbələk yedikdən sonra zəhərləndiyi müəyyənləşib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Aparılmış müayinələrin nəticəsindən asılı olaraq Nicat Məmmədovun Bakıdakı ixtisaslaşmış xəstəxanaya göndərilib-göndərilməyəcəyi barədə qərar veriləcək.
Qeyd edək ki, oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya aparılıb. Murad və İ.Qasımzadə xəstəxanada ölüb.
Həmçinin oxuyun:
DİN Qaxda göbələk faciəsi barədə: Bir ailənin iki uşağı niyə ölüb?