BAKI, 14 noyabr - Sputnik. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev beynəlxalq Dubai Airshow-2021 aviasalonunun kuluarlarında Moskva və Ankaranın birgə silahlanma layihələrini və Rusiya hərbi məhsullarının Türkiyəyə tədarükünü müzakirə etdiklərini deyib.
Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadən xəbər verir.
"Türkiyə Respublikası ilə hərbi-texniki əməkdaşlıq stabil inkişaf edir", - Şuqayev vurğulayıb.
Direktor həmçinin S-400 zenit-raket sisteminin yeni partiyasının tədarükünə dair müqavilə imzalanacağından da danışıb. Şuqayevin fikrincə, razılaşma 2021-ci ilin sonlarında imzalana bilər.
Rusiya və Türkiyə S-400 zenit raket kompleksinin alay dəstinin tədarükü ilə bağlı 2017-ci ildə müqavilə bağlayıb. Müdafiə sistemləri 2019-cu ilin yayında Türkiyə tərəfinə təhvil verilib.
Müqavilə Türkiyənin ABŞ-la münasibətlərində böhran yaradıb: Vaşinqton bunun əvəzində Türkiyəyə yeni F-35 qırıcılarının satışını gecikdirmək və ya hətta ləğv etməklə yanaşı, CAATSA-ya uyğun olaraq sanksiyalar tətbiq etməklə Amerika istehsalı olan "Patriot" komplekslərinin alınmasını tələb edib.
Sanskiyalara baxmayaraq, Ankaranın S-400-lərdən imtina etmək niyyəti yoxdur.
Eləcə də oxuyun:
* Türkiyə S-400-lərin "İncirlik" aviabazasına daşınması ilə bağlı xəbəri təkzib etdi
* Vladimir Putin: "Ərdoğan haqlı idi"