BAKI, 14 noyabr - Sputnik. Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Brüssel şəhərinə yola düşüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan XİN verib.
Səfər çərçivəsində Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Eləcə də oxuyun:
* Ceyhun Bayramov Mirzoyanla görüşdü, Fransa XİN rəhbəri minalara dair söz verdi