İDMAN

Azərbaycanlı gimnast İspaniyada vitse-çempion oldu

Arzu Cəlilova Kataloniya Kubokunda çoxnövçülükdə dördüncü olsa da, bir çox adlı-sanlı rəqiblərini geridə qoyub.
Sputnik
BAKI, 14 noyabr - Sputnik. Azərbaycanlı gimnast Arzu Cəlilova beynəlxalq Kataloniya Kuboku turnirinin gümüş mükafatçısı olub.
Sputnik Azərbaycan Gimnastika Federasiyasının məlumatına istinadla bildirir ki, İspaniyanın Barselona şəhərində keçirilən turnirdə Cəlilova gürzlərlə gümüş medal qazanıb.
Çoxnövçülükdə isə Cəlilova kürsüyə qalxa bilməyib, 85.200 xal yığan təmsilçimiz dördüncü yeri tutub. Ancaq o, xeyli adlı-sanlı rəqibini qabaqlaya bilib.
Bədii gimnastika üzrə ikiqat dünya çempionu olan Arzu Cəlilovanı Barselonaya Kataloniya Gimnastika Federasiyası dəvət edib.