Mixailə rəsmi olaraq autizm diaqnozu yeddi yaşında qoyulub.
Uşağın anası Nadejda müsahibəsində bildirib ki, Mixailin yanında həmişə onun qayğısına qalan, onu mənfi mühitdən qoruyan bir insan olmalıdır. Çünki o, bəzi neqativ emosiyaları hiss edir və hamısını ürəyinə yaxın qəbul edir, əsəbiləşir. Yəni sinir sistemində gərginlik yaranır.
Bu gün Mixailin hobbisi bir növ gəlirə çevrilib. Yaradıcılıq üçün materiallara ayda 50 min rubla qədər pul xərclənir. Buna görə də Mixailin əsərləri üçün alıcı tapmaq qərarı verilib.
Mixailin rəsmlərini təkcə tanış ailələr almır. Mixailin Həştərxanda və Kremlində şəxsi sərgisi olub. İndi biznesin inkişafı və pul qazanması üçün rəssamın anası Wildberries onlayn mağazasına keçmək istəyir. Hələlik ailə orada Mixailin kiçik əsərlərini sərgiləməyi planlaşdırır.