SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib

Ombudsmanın rəsmi Twitter səhifəsində Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb.
Sputnik
BAKI, 13 noyabr — Sputnik. Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Ombudsmanın rəsmi Twitter səhifəsində yerləşdirilən paylaşımda bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb.
"Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir" - paylaşımda bildirilib.
Qeyd edək ki, erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə yük maşınından qumbara atıb.
Sputnik Azərbaycan "Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.
Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.
Terror aktının noyabrın 8-i çilingər qılığında təxribat törətməyə çalışarkən öldürülən diversantın qardaşı Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri tərəfindən törədildiyi bildirilir.
Ermənistan KİV-i isə baş verən insidentə bağlı Şuşa-Laçın yolunun bağlanması barədə məlumat yayıb.
Həmçinin oxuyun:
Erməni terrorçu hərbçilərimizin üstünə qumbara atıb: Şuşa-Laçın yolu bağlanıb