DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

II Yelizavetanın qonaqları nə üçün mütləq tərəziyə çıxırlar?

Syüart II Yelizavetanın ulu babasından qalan ənənəni davam etdirdiyi qənaətindədir, ancaq bunun doğrudan da belə olduğu dəqiq bilinmir.
Sputnik
BAKI, 13 noyabr — Sputnik. Aktrisa Kristen Stüartın baş rolu ifa etdiyi "Spenser: Şahzadə Diananın sirri" filmindəki epizodla Britaniya sarayında ənənəyə çevrilən kral ailəsi üzvlərinin çəkilərinin ölçülməsi gündəmə gəlib. Bu barədə "Daily Mirror" qəzeti xəbər verir.
Filmdə göstərilir ki, Şahzadə Çarlzın həyat yoldaşı olan Şahzadə Diana Milad bayramı münasibəti ilə Sandringem sarayına gəlir. Burada o, tərəziyə çıxır. Eynilə iqamətgahdan çıxarkən də çəkisini ölçməli olur.
Kral ailəsinin üzvlərinin adət-ənənələri üzrə ekspert İnqrid Syüardın sözlərinə görə, Böyük Britaniyanın indiki kraliçası II Yelizavetanın ulu babası Böyük Britaniya kralı VII Eduardın (1901-1910-cu illərdə hakimiyyətdə olub) dövründə ziyarətçilərin qəbuldan əvvəl və sonra çəkisi ölçülürmüş. Belə ki, dövlət başçısı qonaqlarının yaxşı qidalandığından, ziyafət zamanı çəki aldıqlarından əmin olmaq istəyirmiş.
Syüart II Yelizavetanın indi də bu ənənəni davam etdirdiyi qənaətindədir, ancaq bunun doğrudan da belə olduğu dəqiq bilinmir.
Bu yaxınlarda bildirilib ki, II Yelizavetanın saat ustaları Vindzordakı bütün saatları qış vaxtına çevirmək üçün 40 saat vaxt sərf ediblər. Britaniya kraliçasının malikanəsində 1000-dən çox müxtəlif forma və növlərdə saatlar var.
Eləcə də oxuyun:
* Qarabağ atları kraliça və britaniyalıları necə valeh etdi - Fransa mətbuatı bundan yazıb
* Bayden kraliça ilə görüşdə Trampın səhvini təkrarlamayıb
* Şahzadələrin sayı artdı: Bukingem məlumat yaydı