BAKI, 12 noyabr — Sputnik. Rusiyanın "HammAli & Navai" rep dueti və Azərbaycan əsilli Jah Khalib birgə mahnılarını təqdim ediblər.
Yeni trek "Boje, kak zaviduyu" adlanır və "Atlantic Records Russia" musiqi leyblında buraxılıb. Qeyd edək ki, rep qrupunun ifaçıları HammAli (Aleksandr Əliyev), Navai (Nəvai Bəkirov), həmçinin reper Jah Khalib (Bəxtiyar Məmmədov) əslən azərbaycanlıdırlar.
"HammAli & Navai" rep dueti 2016-cı ilin iyun ayında yaranıb. Rusiyada tanınan və sevilən qrup 2020-ci ildə "Novoe Radio Awards"da "Ən yaxşı qrup" mükafatına layiq görülüb.
Jah Khalib adı ilə tanınan məşhur rep ifaçısı, prodüser və müğənni Bəxtiyar Məmmədov isə Qazaxıstanın Almatı şəhərində doğulub. Əsasən Rusiyada sevilən reper "Hamısı ya da heç bir şey", "Bu gün səni tapdım", "Sevgi mahnısı", "911", "Dəniz ", "Göstərişlər", "İçindəki güc", "Məni izlə", "Leyla", "Qubanın ağ alması" və s. kimi mahnıların müəllifidir. Müxtəlif illərdə "Jara" müsabiqəsinin iştirakçısı olub.
Eləcə də oxuyun:
* Rusiyadakı azərbaycanlı müğənnilər danışdılar: Bir-birimizə dəstək veririk