BAKI, 12 noyabr — Sputnik. "Bu gün dərmanlarla bağlı problem bütün əhalini narahat edir".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu gün apteklərdə olan dərmanların həm keyfiyyəti, həm də qiyməti əhalidə narahatlıq doğurur: "Bu gün bizdə olan dərmanlar qonşu ölkələrlə müqayisədə bahadır. Digər tərəfdən, bu gün dünyada onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir dərman vasitələri tətbiq edilir. Bu dərmanlar bu gün onkoloji xəstələrə hava, su kimi lazımdır. O dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək mümkün deyil. Həmin dərmanlar çox bahadır. Bu gün o dərman preparatlarından bir doza belə Azərbaycanda alınmır. Kimsə gətirirsə də, öz vəsaiti hesabına gətirir".
Eləcə də oxuyun: