HADİSƏ

Kanaldan çıxarılan 17 yaşlı qızı ölümün əlindən ala bilmədilər

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Şalıyeva Gülarə Cavanşir qızı ehtiyatsızlıqdan su kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sudan çıxarılan gənc qız Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
G.Şalıyevanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.