İQTİSADİYYAT

Ərdoğan: "Azərbaycanın Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır"

Sputnik
BAKI, 12 noyabr — Sputnik. Azərbaycanla Naxçıvanın əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib.
"Ticarət və qarşılıqlı sərmayələrimizi davamlı olaraq artırmalıyıq. Ticarətin önündəki əngəlləri aradan qaldırmalıyıq. Ticarətin sadələşdirilməsi ilə bağlı strateji sənədlərin imzalanmasına xüsusilə əhəmiyyət verirəm. Biz tranzit sənədlərini gündəmimizdən çıxarmalı və tranzit ödənişlərini rəqabətli səviyyəyə çatdırmalıyıq. Biz mümkün qədər qısa zamanda beynəlxalq yükdaşımalarla bağlı müqavilə imzalamalıyıq. "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi, Azərbaycanla Naxçıvanın əlaqəsinin qurulması həyati əhəmiyyət kəsb edir", - deyə Ərdoğan vurğulayıb.
Eləcə də oxuyun:
* Ərdoğan: Azərbaycanın Qarabağda qələbəsi bütün türk dünyası üçün anlam daşımaqdadır
* "Biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var" - Əliyev
* Ermənistan kapitulyasiya aktını imzalayıb və münaqişə sona yetib - Ceyhun Bayramov