ELM

Beyin üçün ən faydalı məhsulun adı açıqlanıb

Fransanın Bordo Universiteti alimləri balığın beyin sağlamlığı üçün ən faydalı məhsul olduğunu açıqlayıblar
Sputnik
BAKI,12 noyabr — Sputnik. Balıq beyin üçün ən faydalı məhsul hesab olunur. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Fransanın Bordo Universitetinin alimləri apardıqları araşdırma zamanı bu qənaətə gəliblər.
Alimlərin araşdırmanlarıın nəticələri “Neurology” jurnalında dərc olunub.
Tədqiqatda yaşı 65-dən yuxarı 1623 nəfər iştirak edib və onların MRT nəticələrilə qida vərdişləri araşdırılıb. İştirakçılar istehlak etdikləri balıq məhsullarının həcminə görə dörd qrupa (həftədə 1 dəfə və daha az, həftədə 2 dəfə, həftədə 3 dəfə, həftədə 4 dəfə və daha çox) bölünüblər. Digərləri ilə müqayisədə çox balıq məhsulları yeyən şəxslərdə daha az və daha yüngül beyin xəstəlikləri aşkarlanıb.