BAKI, 12 noyabr — Sputnik. Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.
Sputnik Azərbaycan-ın Azərbaycan Qılıncoynatma Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 53 yaşlı mütəxəssis "European Cadet Circuit" turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürəktutmadan dünyasını dəyişib.
Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!