İDMAN

Samboçularımız dünya çempionatında iştirak etmək üçün Daşkəndə yola düşüblər

Noyabrın 12-14-də keçiriləcək turnirdə ölkəmizi 5 idmançı təmsil edəcək.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Sambo üzrə Azərbaycan millisi kişilər və qadınlar arasında idman və döyüş sambosu üzrə dünya çempionatında iştirak etmək üçün yarışın keçiriləcəyi Daşkənd şəhərinə yola düşüb.
Azərbaycan Sambo Federasiyasından Sputnik Azərbaycan-a bildiriblər ki, noyabrın 12-14-də keçiriləcək turnirdə ölkəmizi 5 idmançı təmsil edəcək. Belə ki, yığma komandanın heyətində idmançılar - Eyvaz Baxşiyev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Əskərov (71 kq), Abdulla Abdullayev (79 kq), Ceyhun Hüseynovla (88 kq) yanaşı, baş məşqçi Vahid Tarverdiyev də dünya çempionatına yollanıb.
Turnirdə rəhbər qismində və Beynəlxalq Sambo Federasiyasının noyabrın 11-də keçiriləcək XXXIII konqresində Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da iştirak edəcək.