RUSİYA

Rusiya səfiri Antonov Qara dənizdəki vəziyyətin gərginləşməsinə münasibət bildirib

Sputnik
BAKI, 11 noyabr — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, NATO-nun Qara dənizdəki hərəkətləri vaxt və güc itkisdir, həmçinin Rusiya ordusunun və donanmasının möhkəmliyinin sınağıdır.
"Vaşinqtonda bugünkü görüşün Qara dəniz akvatoriyasında vəziyyətin kəskin gərginləşməsi fonunda keçirilməsi narahatedicidir. NATO-nun hərbi-dəniz və hərbi-hava qüvvələri ordumuzu və donanmamızı möhkəmlik baxımından sınaqdan keçirir. Bu, vaxt və güc itkisidir", - deyə Antonov bu barədə səfirliyin Facebook səhifəsində qeyd edib.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) altıncı donanması "Mount Whitney" flaqman komanda gəmisinin NATO qüvvələri ilə birgə əməliyyatlar aparmaq üçün Qara dənizə yönəldiyini bildirib. Bazar ertəsi "Mount Whitney" və "Porter" Gürcüstanın Batumi limanına daxil olublar. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ HDQ-nin Qara dənizdəki hərəkətləri sabitliyi pozan amildir, məqsədlərdən biri də Ukrayna ərazisini hərbi mənimsəməkdir.