BAKI, 11 noyabr — Sputnik. "Bakıda əsən güclü külək nəticəsində Milli Məclisin binasının 6 üzlüyü qopub".
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.
O bildirib ki, binanın fasadı bərpa olunacaq: "Hazırda küləkli hava şəraiti davam edir. Hava şəraiti normallaşandan sonra binanın qopan üzlükləri bərpa ediləcək. Bu, təbii bir hadisədir. Hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür".
Qeyd edək ki, Bakıda əsən güclü külək Milli Məclisin binasının fasadını qoparıb.