İQTİSADİYYAT

Maliyyə naziri: "Vergi ödəyicilərinə güzəştlərin verilməsi nəzərdə tutulur"

Maliyyə naziri Samir Şərifov deyib ki, dövlət başçısı tərəfindən 5 prioritet müəyyən edilib və biz də onları inkişaf etdirməliyik.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Vergi Məcəlləsinə dəyişikliklər edilməklə gələn il 50 milyon manat vergi ödəyicilərinə güzəştlərin verilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
"Dövlət başçısı tərəfindən 5 prioritet müəyyən edilib. Biz də onları inkişaf etdirməliyik", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi aparılır.